Carğan – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ləmbəli (Baqrataşen) kəndinin yaxınlığında yerləşmişdir. 1930-cu illərdə Ləmbəli kəndinə birləşdirilmişdir.
Toponim türk dilində “dərə”, “yarğan”, “sıldırım dərə, uçurum” mənasında işlənən “car” sözünə “-ğan” şəkilçisinin artı-rılması yolu ilə əmələ gəlmişdir. “Carğan” müasir Azərbaycan dilində işlənən “yarğan” sözünün fonetik variantıdır.