Beşbarmaq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.
Toponim “beş” sayı ilə türk dilində “dağın şiş təpəsi, zirvəsi” mənasında işlənən “barmaq” sözünün birləşməsindən əmələ gəlmişdir.