Baraxlı – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Noyemberyan şəhərindən 30 km şimalda, Tona (Debed) çayının sahilində yerləşirdi.
Ləmbəli sovetliyinin tərkibində olan qışlaqda tarixən yalnız azərbaycanlılar yaşamışlar. Mənbələrdən 1926-cı ildə burada 5 nəfər azərbaycanlının yaşadığı məlum olur. 1930-cu illərdə yaşayış məntəqəsi kimi ləğv edilmiş, azərbaycanlılar buradan köçürülmüşdür.
Toponim türkmənşəli barak tayfasının adı əsasında əmələ gəlmişdir.