Ağıllı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş yaylaq. Toxluca kəndinin şimal-şərqində yerləşirdi.
Toponim Azərbaycan dilində “mal-qara, qoyun saxlamaq üçün hasarlanmış yer” mənasında işlənən “ağıl” sözünə “-lı” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.