Maralyataq

Maralyataq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində dağ. Çaxmaq (Kamxut) kəndində yerləşir.

Toponim “maral” heyvan adı ilə “payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer” mənasında işlənən “yataq” sözündən əmələ gəlmişdir.