İlxıyabı

İlxıyabı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 10 km cənub-şərqdə, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində, erməni müəlliflərinin əsərlərində “İlxıabi” formasında qeydə alınmışdır.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilərin bölgədə məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir. 1830-cu ildə Türkiyənin Ərzurum vilayətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “ilxı” sözü ilə Azərbaycan dilidə at mənasında işlənən “yabı” sözünün birləşməsindən əmələ gəlmişdir. “At ilxısı olan yer” mənasını bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ayqabats” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°42′ şm. e., 43°54′ ş. u.