Qatarqaya

Qatarqaya – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Toxluca kəndinin şərqində yerləşir.

Toponim “zəncirvari qaya, təpə, dağ” mənasında işlənən “qatar”sözü ilə “qaya” sözünün birləşməsindən əmələ gəlmişdir.