Göyçal

Göyçal – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayəti ərazisində dağ.

Toponim Azərbaycan dilində “yaşıllıq, göy ot” mənasında işlənən “göy” sözü ilə türk dilində “təpə”, “daşlıq yer” mənasında işlənən “çal” sözündən əmələ gəlmişdir.