Gəzbel

Gəzbel – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ.

Toponim Azərbaycan dilində “gədiyin alçaq yeri, gəzdək”, “dağ çökəyi, dağın təpəsindəki çökəklik” mənasında işlənən “gəz” sözü ilə “alçaq keçid” mənasında işlənən “bel” sözündən əmələ gəlmişdir.