Gəncəyolu

Gəncəyolu – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində təpə. Vilayətin Toxluca (Draxtik) kəndinin şərqində yerləşir. Həmin yolla Gəncəyə gedib-gəlindiyi üçün “Gəncəyolu” adlandırılmışdır.