Çilovxanlı

Çilovxanlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 12 km cənubda, İrəvan–Gümrü yolunun yanında, Gümrü şəhərindən 6,5 km qərbdə, dəniz səviyyəsindən 1540 m hündürlükdə yerləşir. Kəndin başqa adı mənbələrdə “Çilovxan”, “Çlovxanlı”, “Çlovxan”, “Celoxan” kimi də göstərilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.

Toponim muğanlı tayfasından olan çilovxanlı nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Beniamin” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 43°51′ ş. u.