Alagöz

Alagöz (Ələyəz) – keçmiş İrəvan quberniyasında, hazırda sə Araqatsotn və Şirak vilayətlərinin sərhədində dağ. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşir və hündürlüyü 4090 m-dir. Azərbaycan türklərinin yaylaq yeri olan Alagöz dağı vulkan mənşəlidir və zirvəsində böyük batıq var.

Toponim qədim türkcə olmaq etibarilə “ala” və “kəz” (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan “ala” sözü türk dillərində “geniş” (böyük) mənasındadır. Toponimin ikinci hissəsi olan “göz” (gəz) sözü “dağ başında batıq yer” deməkdir.

Hazırda dağın adı dəyişdirilərək “Araqats” qoyulmuşdur.