Zirakçay

Zirakçay – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində çay. Vilayətdəki Zirak kəndinin ərazisindən axır.

Hidronim “sirak/şirak” etnoniminin adını əks etdirir.