Zəngi – keçmiş İrəvan quberniyası ərazisində, hazırda isə Ermənistanda çay. Başlanğıcını Göyçə gölündən alır. Keçmiş Axta (Hrazdan) və Yelenovka (Sevan) rayonlarının, İrəvan şəhərinin və keçmiş Zəngibasar (Masis) rayonunun ərazisindən axıb Araz çayına tökülür. “İrəvan əyalətinin icmal dəftərində qeydə alınmışdır.
Hidronim qıpçaqların zəngi tayfasının adı əsasında formalaşmışdır. Sonralar çayın adı dəyişdirilərək “Hrazdan” qoyulmuşdur.