Yazyurdsu

Yazyurdsu – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində çay.

Hidronim türk dilində olan “yazı” (“çöl”, “düzənlik”), “yurd” (“yaşayış yeri”, “ev, eşik”, “məskən”, “düşərgə”) və “su” (çay) sözlərinin birləşməsindən əmələ gəlmişdir.