Toxmaqgöl

Toxmaqgöl – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, hazırda isə İrəvan şəhərinin şərqində göl. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Məhəmməd Xudabəndə (1578–1587) dövründə İrəvan bəylərbəyi Məhəmməd xan tərəfindən şəhər torpaqlarını suvarmaq üçün iri bir göl (uzunluğu 400, eni 250 sajın) tikilmiş, yeni arxlar çəkilmişdir.

“Toxmaq” qızılbaşların ustaclı tayfasından olan Məhəmməd xanın ləqəbidir. Göl Məhəmməd xan Toxmaq tərəfindən salındığı üçün “Toxmaqgöl” adlandırılmışdır. Sovet hakimiyyəti illərində bərpa olunduqdan sonra “Şaumyan” gölü adlandırılmışdır. Gölü yerli əhali bu gün də “Toxmaqgöl” adlandırır.