Şəki

Şəki – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində şəlalə. Şəki kəndindən 3 km şimal-qərbdə, Bazarçay dərəsində yerləşir. Hündürlüyü 18 metrdir.

Şəlalə Şəki kəndində olduğu üçün “Şəki şəlaləsi” adlandırılmışdır.