Oxtar

Oxtar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay.

Hidronim “tayfa, tayfa ittifaqı” mənasını bildirən “oxtar” sözü əsasında formalaşmışdır.