Məzrə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində çay. Məzrə kəndinin ərazisindən axır.
Hidronim “əkin yeri” mənasında işlənən “məzrə” sözündən əmələ gəlmişdir.