Qoşagöl – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayəti ərazisində göl. Karvansara şəhərinin cənubunda yerləşir.
Hidronim Azərbaycan dilində “cüt”, “iki” mənasında işlənən “qoşa” sözü əsasında formalaşmışdır.