Qızılbulaq

Qızılbulaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində çay. Çaxırlı (Xaçaxbyur) kəndi ərazisindən axır.

Hidronim “qırmızı” mənasında işlənən “qızıl” sözü və “bulaq” hidrotermininin birləşməsi əsasında əmələ gəlmişdir.