Qanlıgöl – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunuk vilayəti ərazisində göl. Kəvər şəhərindən 21 km cənub-şərqdə yerləşir. Dərinliyi 30–32 m-dir.
Hidronim qanlı türk tayfasının adını əks etdirir. Gölün adı dəyişdirilərək “Aknaliç” qoyulmuşdur.