Köçbəyçay

Köçbəyçay – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində çay. Köçbək (Uğedzor) kəndinin ərazisindən axır.

Hidronim türk dilində “düşərgə, çobanların müvəqqəti yaşayış yeri, yurd” mənasında işlənən “koş” (koç) sözü ilə qədim türk dilində “təpə” mənasında işlənən “bək” (bak) sözünün birləşməsindən əmələ gəlmişdir.