Xalacçay

Xalacçay – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay. Vilayətdəki Xalac (Ecanan) kəndinin ərazisindən axır.

Hidronim “xalac” adlı türk etnonimi əsasında formalaşmışdır.