Bayandur

Bayandur – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay. Bayandur kəndindən 5 km şimal-qərbdə yerləşir. Uzunluğu 14 km-dir.

Hidronim qədim türk tayfalarından olan “bayandur” etnonimi ilə bağlıdır.