Aydın – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayəti ərazisində göl. Dilican şəhərindən şərqdə, Dilican milli parkı ərazisində yerləşir. Uzunluğu 385 m, eni isə 85 m-dir. Hazırda “Parz lic” adlanır.