Bəzirxana

Bəzirxana – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 37 km cənubda, Arpaçayın yaxınlığında, Qırxbulaq kanalının yanında, dəniz səviyyəsindən 1740 m hündürlükdə yerləşir.

Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı “bəzir” sözünə “xana” sözünün qoşulmasından əmələ gəlmişdir.

Kəndin adı 1924-cü ildə adı dəyişdirilərək “Dzitankov” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°30′ şm. e., 43°48′ ş. u.