Yaqublu – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Təzə Kələş” olmuşdur.
Kənddə 1897-ci ildə 120 nəfər, 1908-ci ildə 200 nəfər, 1914-cü ildə 213 nəfər, 1916-cı ildə 208 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim yaqublu tayfa adı əsasında əmələ gəlmişdir.