Kirəşli

Kirəşli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Zəngi çayının yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Kərəcli” kimi, Qafqazın beşverstlik xəritəsində “Kiraşlu” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 464 nəfər, 1886-cı ildə 744 nəfər, 1897-ci ildə 802 nəfər, 1908-ci ildə 1061 nəfər, 1914-cü ildə 1196 nəfər, 1916-cı ildə 973 nəfər, 1919-cu ildə 207 nəfər yalnız azərbaycanda yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və  kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 86 nəfər, 1931-ci ildə 135 nəfər yalnız azərbaycanlılar yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “kirəcli” türk etnonimi əsasında əmələ gəlmişdir.