Solak

Solak – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 9 km cənub-qərbdə, Zincirli dağının ətəyində, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır .

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra, 1828–1830-cu illərdə kəndə Türkiyənin Ələşkirt və Van vilayətlərindən ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 94 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1850-ci illərdə erməni silahlıları tərəfindən qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “solak” türk tayfasının adı əsasında əmələ gəlmişdir. Türk dilində “solak” sözü “qulağı uzununa kəsik” mənasını bildirir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı eynilə “Solak” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 44°42′ ş. u.