Güney

Güney – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Yelenovka (Sevan) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Gölkeçmişindən 6 km şərqdə yerləşirdi. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənddəki evlərin və qəbiristanlığının xarabalığı indi də qalır.

Toponim Azərbaycan dilində “gün düşən, cənub” mənasında işlənən “güney” sözü əsasında əmələ gəlib “güneydə yerləşən kənd” mənasını ifadə edir.