Göyçay

Göyçay – tarixi İrəvan əyalətinin Göyçə mahalında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Göyçə mahalında xarabalığa çevrilmiş kəndlərin siyahısında Göyçay kəndinin də adı çəkilir.

Toponim rəng bildirən “göy” sözü ilə “çay” sözünün birləşməsindən əmələ gəlmişdir.