Bozkosa

Bozkosa – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunda, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1873-cü ildə 99 nəfər, 1886-cı ildə 141 nəfər, 1897-ci ildə 161 nəfər, 1904-cü ildə 154 nəfər, 1914-cü ildə 225 nəfər, 1916-cı ildə 221 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Hazırda xarabalıqdır.

Toponim bozkosa tayfa adından əmələ gələn etnotoponimdir. Oğuzlarda “boz” sözü ilə əmələ gələn tayfalar çoxdur: bozcalu, boz oxlar, bozdoğan, boz ulus və s.