Ərzni – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 29 km cənub-qərbdə, Zəngi çayının sol sahilində, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin başqa adı Sərçəli olmuşdur. İlk dəfə XV əsrdə xatırlanır.
Kənddə 1873-cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904-cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. Hazırda Arzni adlanır. Burada indi ermənilər və aysorlar yaşayırlar.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Arzni” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°17′ şm. e., 44°35′ ş. u.