Zeynalbulaq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1897-ci ildə 41 nəfər, 1914-cü ildə 61 nəfər, 1918-ci ilin yanvarında 295 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən didərgin salınmışlar. Hazırda xaraba kənddir.
Toponim Zeynal şəxs adı və “bulaq” sözündən əmələ gəlmişdir.Kənd Zeynal adlı adamın düzəltdiyi bulağın yaxınlığında salındığı üçün “Zeynalbulaq” adlanmışdır.