Gödəkli

Gödəkli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Şahverdi çayının yuxarı tərəfində yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Kötəkli” formasında qeyd edilir.

Kənddə 1831-ci ildə 80 nəfər, 1873-cü ildə 79 nəfər, 1886-cı ildə 133 nəfər, 1897-ci ildə 204 nəfər, 1908-ci ildə 242 nəfər, 1914-cü ildə 258 nəfər, 1916-cı ildə 237 nəfər, 1918-ci ildə 242 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qazaxlar türk tayfasından olan “gödəkli” etnonimi əsasında əmələ gəlmişdir.