Dığır

Dığır – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Alagöz dağının ətəyində yerləşirdi. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində “Dıqir”, “Dqir” formalarında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 35 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1840–1850-ci illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən qovulmuş və Türkiyədən ermənilər köçürülüb burada yerləşdirilmişdir. 1950-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “geniş, böyük gillikli düzənlik yer”, “otsuz boş sahə”, “otsuz”, “keçəl” mənasında işlənən “takır” sözü əsasında əmələ gəlmişdir.