Ayılı Xaraba – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırkı Araqatsotn vilayəti ərazisində mövcud olmuş kənd.
Kənddə 1914-cü ildə 100 nəfər, 1916-cı ildə 201 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda xarabalıqdır.
Toponim Azərbaycan dilində mənsubluq bildirən “-lı” şəkilçisi qoşulmuş “ayı” sözü ilə Azərbaycan dilində “dağıdılmış, viran edilmiş” mənasında işlənən “xaraba” sözündən əmələ gəlmişdir.