Yuxarı Pirtikan – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 61 km şimal-qərbdə 15 km, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
1831-ci ildə Türkiyənin Muş və Ələşkirt vilayətlərindən ermənilər köçürülüb Yuxarı Pirtikan kəndində yerləşdirilmişlər.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə “dini məbəd” mənasında işlənən “pir” sözünə qıpçaqların “tikan” etnoniminin əlavə edilməsi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsaxkasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 43°53′ ş. u.