Alagöz

Alagöz – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 20 km şimal-şərqdə, dəniz səviyyəsindən 915 m hündürlükdə yerləşir.

Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Ermənilər kəndə 1828–1829-cu illərdə İranın Xoy vilayətindən köçürülmüşlər.

Toponim alagöz türk tayfasının adı əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 iyul 1950-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Araqats” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°19′ şm. e., 43°39′ ş. u.