Gödəkburun

Gödəkburun – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayəti ərazisində dağ. Cuckan kəndinin şimalında yerləşir. Hündürlüyü 1215 m-dir.

Toponim Azərbaycan dilində “balaca, qısa” mənasında işlənən “gödək” sözü ilə “irəliyə çıxan, suya doğru uzanan quru” mənasında işlənən “burun” sözünün birləşməsindən əmələ gəlmişdir.