Əskipara

Əskipara – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 31 km şimal-qərbdə, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim türk dilində “qədim, köhnə” mənasında işlənən əski sözü ilə “torpaq sahəsi”, “yarı hissə” mənasında işlənən “para” sözü əsasında əmələ gəlmişdir.

Kəndin adı dəyişdirilərək “Voskepar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°03′ şm. e., 45°03′ ş. u.