Əlixan

Əlixan – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 19 km şimal-şərqdə yerləşir.

1870-ci illərə qədər burada yalnız azərbaycanlılar yaşamışdır. 1878-ci ildə Türkiyənin Muş və Ərzurum vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir.

Toponim Əli şəxs adı ilə türk dilində titul bildirən “xan” sözbirləşməsi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Atarbekyan” qoyulmuşdur. Daha sonra kənd “Getik” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°55′ şm. e., 44°02′ ş. u.