Əlirzalar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin başqa adı “Zəngili”dir.
Kənddə 1873-cü ildə 57 nəfər, 1886-cı ildə 95 nəfər, 1897-ci ildə 126 nəfər, 1904-cü ildə 103 nəfər, 1914-cü ildə 161 nəfər, 1916-cı ildə 131 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında azərbaycanlılar erməni daşnak silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 47 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır. 1948–1949-cu illərdə kəndin əhalisi SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə zorla Azərbaycana köçürülərək kənd xarabalığa çevrilmişdir. Hazırda xarabalıqdır.
Toponim əlirzalar nəsil adı əsasında yaranmışdır.