Əliqışlağı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Həsənkənd (Şatin) kəndinin yaxınlığında yerləşirdi.
1826–1828-ci illər Rusiya-İran müharibəsi zamanı törədilən qırğınlar və ermənilərin bölgədə məskunlaşdırılmalarından sonra azərbaycanlılar tədricən kəndi tərk etmişlər. Burada 1831-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. Sonrakı illərdə kənddə yaşayanlar haqqında əlavə məlumat yoxdur. Hazırda xarabalıqdır.
Toponim Əli şəxs adı ilə “qışlaq” sözünün birləşməsindən əmələ gəlib “Əliyə məxsus qışlaq” mənasını ifadə edir.