Əlimərdan – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. 1940-cı ilə kimi Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qəmərli (Artaşat) rayonunundan 25 km şimal-şərqdə, Gərni çayının mənbəyində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 52 nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 153 nəfər, 1904-cü ildə 63 nəfər, 1914-cü ildə 221 nəfər, 1916-cı ildə 206 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 65 nəfər, 1939-cu ildə 115 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. Bundan sonra kənd ləğv edilimişdir. Hazırda xarabalıqdır.
Toponim Əlimardan şəxs adı əsasında formalaşmışdır.