Əlibəyli

Əlibəyli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Üçkilsə (Vağarşapat) yaşayış məntəqəsindən 2 km cənub-qərbdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin 1830-cu ildə bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər bura Türkiyənin Van vilayətindən köçürülmüşlər.

Toponim oğuzların ulu yörük tayfasından olan əlibəyli etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Atarbekyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 44°15′ ş. u.