Əkərli

Əkərli (Həkərli) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.

Burada 1886-cı ildə 170 nəfər, 1905-ci ildə 253 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim əkər türk tayfa adına “-li” mənsubluq bildirən şəkilçinin artırılması ilə əmələ gəlmişdir. “Əkər tayfasına mənsub olan kənd” anlamını bildirir.