Əkərək

Əkərək – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1873-cü ildə 114 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 204 nəfər, 1904-cü ildə 170 nəfər, 1914-cü ildə 211 nəfər, 1916-cı ildə 225 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “əkər” türk etnonimi əsasında formalaşmışdır.