Əhmədli – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Əyricə çayının sahilində yerləşirdi.
1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı törədilən qırğınlar və ermənilərin bölgədə məskunlaşdırılmalarından sonra azərbaycanlılar tədricən kəndi tərk etmişlər. 1897-ci ilin rəsmi statistikasına görə kənddə 35 azərbaycanlı ailəsi (141 nəfər) yaşamışdır. 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar nəticəsində kənd təkrar dağıdılmış və nəticədə xarabaya çevrilmişdir.
Toponim səlcuq türklərindən olan “əhmədli” etnonimi əsasında əmələ gəlmişdir.